Azərbaycanda “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”a əlavə və dəyişikliklər ediləcək.
REALPRESS.Az Report-a istinadən xəbər verir ki, hazırda bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Kapital bazarına nəzarət Departamentinin, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin iştirakı ilə müzakirə olunur.
Dəyişikliklərdən sonra, şirkətlərə marja ticarəti (foreks əməliyyatları) zamanı platforma seçmək, xarici maliyyə qurumlarından likvidlik əldə etmək kimi məsələlərdə sərbəstlik veriləcəyi gözlənilir.
Eləcə də Azərbaycanda qəbul edilmiş törəmə maliyyə alətlərinin siyahısına yenidən baxılacağı istisna edilmir.
Xatırladaq ki, Azərbaycanda hazırda qüvvədə olan marja ticarətinə dair qaydaları ötən ilin əvvəlində, o vaxtkı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (hazırda onun səlahiyyətləri MBNP-dədir) təsdiq edib.
Bununla belə, yerli investisiya şirkətləri qaydalarda xeyli sayda çatışmazlıqların mövcud olması, onların qiymətli kağızlar bazarının tələblərinə tam cavab verməməsi qənaətindədir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.