Azərbaycanda kabel şəbəkəsi yayımının qanunla tənzimlənməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Bu gün Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərdiyini deyən R.Hüseynovun sözlərinə görə, bu sahədə sui-istifadə halları var: "Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb".
Hazırkı dövrdə “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin hazırlanmasını zəruri sayan R.Hüseynov qeyd edib ki, layihə ekspert baxışından keçib:
"Layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələlərə cavab verir. Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin birinci, ondan istifadə edənlərin marağının təmin edilməsi isə ikinci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin maraqları ilə yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb. Layihədə xarici reklamların hüdudları da müəyyənləşdirilib”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son dörd ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olub.
Yaxın zamanda Laçın şəhərində elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır.
Ağdərə şəhərində 190 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.