Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC tərəfindən 3 lot üzrə elan edilmiş tenderin qalibləri müəyyən edilib.
REALPRESS.Az “Report”a istinadən xəbər verir ki, tenderin hər lot üzrə bir olmaqla ümumilikdə üç qalibi var.
Məlumata görə, lot-1 üzrə “NN Group” MMC, lot-2 üzrə “Hünər İnşaat” firması və lot-3 üzrə “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri imzalanıb.
Xatırladaq ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar tender elanı yanvarın 24-də elan olunub
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.