Azərbaycanda iki bank bankomat sistemlərini birləşdirir

Azərbaycanda iki bank bankomat sistemlərini birləşdirir
05 2017 10:52

Bank VTB (Azərbaycan) bankomatların birgə istifadəsinə dair PAŞA Bankla tərəfdaşlıq müqaviləsi bağlayaraq güzəştli bankomatlar şəbəkəsini daha da genişləndirib.

VTB-dən Trend-ə verilən məlumata görə, tərəflərin razılığına əsasən, hər iki bank öz bankomatından nağd pul çıxarılmasına görə tərəfdaş bankın müştərilərindən əlavə komissiya tutmayacaq. Bununla da, Bank VTB-nin (Azərbaycan) plastik kart sahibləri PAŞA Bank bankomatlarından nağd vəsaitləri daxili tariflə, yəni emitent tərəfdən öz terminallar şəbəkəsi üçün təyin olunmuş tariflə çıxara biləcək.

Bank VTB-nin (Azərbaycan) güzəştli bankomatlar şəbəkəsinə VTB qrupa daxil olan VTB24, VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), VTB Bank Moskva, həmçinin yerli AccessBank daxil idi. İndi bu siyahıya PAŞA Bank bankomatları da əlavə edildi.

Yeni bankla əməkdaşlıq xidmət coğrafiyasını daha da genişləndirilməsinə və müştərilərə əlverişli şəraitin yaradılmasına kömək edəcək. Geniş bankomat şəbəkəsinin mövcudluğu nağd pulu banklararası tarif tətbiq edilmədən çıxarmağa imkan verir ki, bu da əmək haqqı layihələri üçün tərəfdaş bank seçimində böyük əhəmiyyət kəsb edir. Əməkhaqqı layihələrinin tətbiqi 2017-ci ildə Bank VTB-nin (Azərbaycan) fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.