Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi Milli Məclisdə müzakirə ediləcək

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi Milli Məclisdə müzakirə ediləcək
09 2017 20:20

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi Azərbaycan Milli Məclisinin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

"Report"un xəbərinə görə, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayancaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.

Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar sitisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.


24 Apr 2025
Siyasət

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib.

24 Apr 2025
Siyasət

Elnur Bağırov: "Bir çox ticarət şəbəkələri yerli məhsullar satmağa üstünlük verir"

Azərbaycanda ticarət şəbəkələrinin daxili siyasətlərində yeni yanaşmalar tətbiq etməsi və sosial məsuliyyətin artması müşahidə edilir.

24 Apr 2025
Siyasət

Azərbaycan İsrailin peyk texnologiyasına maraq göstərir

İsrailin "Israel Aerospace Industries" (IAI) aerokosmik şirkəti tərəfindən təqdim olunan "Mini Communication Satellite" (MCS) layihəsi peyk rabitəsi sahəsində Azərbaycanda da yeni imkanlar açır.

24 Apr 2025
Siyasət

Bişkekdə Azərbaycanın Qədim Musiqi Alətləri Ansamblının konserti olub

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı təqdim edilib.

24 Apr 2025
Siyasət

Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.