Azərbaycanda helikopterlə uçuşlar təşkil olunacaq – FOTO

Azərbaycanda helikopterlə uçuşlar təşkil olunacaq – FOTO
30 2017 13:52

Azərbaycanda daxili turizm böyük populyarlıq qazanır. Bu da aydındır - unikal təbiət, əlverişli iqlim şəraiti, inkişaf etmiş infrastruktur və xeyli müxtəlif növ istirahət imkanları. Bununla yanaşı, ölkəmizdə gəzməli yerləri görməyə gələn xarici qonaqların sayı ildən-ilə artır.


Oxu.Az xəbər verir ki, “Silk Way Helicopter Services” (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətlərinin geniş çeşidini təklif etməyə hazırdır.

SWHS aviaşirkətinin potensialı turistlərin və sahibkarların hava limanından ölkənin istənilən nöqtəsinə çarter reysi ilə uçuşunu həyata keçirməyə imkan verir. Şirkətin aviasiya personalının peşəkarlıq səviyyəsi, onun müasir texniki parkı, aparıcı xarici şirkətlər ilə əməkdaşlıq bu tipli aviareyslərin yüksək səviyyədə təşkilinə zəmanət verir.

SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A” və “Augusta Westland  AW-139” kimi müasir və komfortlu vertolyotlar daxildir. Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar.

Vertolyot turu təkcə sürət hissindən zövq almağa deyil, eyni zamanda adi yerləri yeni rakursdan görmək və şəklini çəkmək, həmçinin başqa nəqliyyat vasitəsi ilə getməyin mümkün olmadığı yerlərə getmək üçün unikal imkan yaradır. 

SWHS aviaşirkətinin saytında vertolyotların onlayn sifarişi xidmətindən istifadə etmək (http://www.swhs.az/az/online-booking), həmçinin (+99412) 437-40-49 və (+99412) 437-18-17 telefon nömrələri vasitəsilə lazımi məlumatı almaq mümkündür. Yaxın zamanda SWHS aviaşirkətinin çağrı mərkəzi 1670 qısa nömrəsində fəaliyyətə başlayacaq.




23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.