Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait yaradılıb

Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait yaradılıb
02 2017 10:01

Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərinin tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları rayon gənclərinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgiyə baxıb, mərkəzdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Gənclər Gününün təsis edilməsindən iyirmi il ötür. Bu əlamətdar gün Yasamal rayonunda da geniş qeyd edilir. Ötən dövrdə dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda çoxsaylı tədbirlər həyata keçirilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, istedadlı və yaradıcı gənclərin aşkarlanması istiqamətində görülmüş tədbirlər bu layihələrdəndir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev qeyd edib ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı Fərmanla 2 fevral – Gənclər Günü kimi qeyd olunmağa başlanıb. Bu, Heydər Əliyevin gənclərə olan yüksək etimadından irəli gəlirdi. Ulu öndər Heydər Əliyevin siyasi xəttində gənclərə yüksək diqqət və qayğı daim özünü bariz şəkildə göstərib.

İcra başçısı bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sahələrində layiqincə təmsil oluna bilmələri üçün geniş imkanların yaradıldığını, dövlət idarəçilik sistemində önə çəkildiyini bildirib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva “Gənclərin ictimai-siyasi həyatda yeri və rolu”, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva “Gənclərin kreativ düşüncə və peşəkar fəaliyyətlərinin dəstəklənməsi”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı Tural Nağdıyev “ASAN xidmət” və müasir innovativ gənclik” mövzularında çıxışlar ediblər.

Tədbirdə bir qrup gəncə Gənclər Günü münasibətilə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Sonda gənclər arasında keçirilmiş “Vətənim Azərbaycan” mövzusunda rəsm və “Heydər Əliyev vətənpərvərliyi müasir gənclik üçün örnəkdir” mövzusunda inşa yazı müsabiqələrinin qalibləri mükafatlandırılıblar.


12 May 2025
Cəmiyyət

Ötən həftə 1315,7 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

12 May 2025
Cəmiyyət

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

12 May 2025
Cəmiyyət

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

12 May 2025
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

12 May 2025
Cəmiyyət

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.