"Azərişıq" ASC Asiya İnkişaf Bankının Azərbaycanda enerji sisteminin yenilənməsi üzrə proqramı çərçivəsində 6 yarımstansiyanın tikilməsi və təchizatını planlaşdırır.
Trend-in məlumatına görə, proqram çərçivəsində 35/10 kVt gücündə "İlisu", "Oğuz", "Şamaxı", "Əlvədi", "Səpnəkəran" və "Pirsaat" yarımstansiyalarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, proqramın həyata keçirilməsi ilə əlaqədar "Azərişıq" ASC tərəfindən tender elan olunub.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.