Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi azalıb

Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi azalıb
11 2017 14:50

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2017-ci il mart ayının 1-nə 6 534,3 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq 3 aylıq artımdan sonra son 2 ayda azalmağa başlayıb. Belə ki, ötən ilin oktyabr ayında artım 96,9 mln. manat və ya 1,56%, noyabrda 41,3 mln. manat və ya 0,66%, dekabrda isə 628,6 mln. manat və ya 9,9% olub. Yanvarda nağd pulun həcmi 419,8 mln. manat və ya 6,03% azalıb. Fevral ayında isə azalma 6,7 mln. manat və ya 0,1% təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə nağd pulun həcmi 1 035,2 mln. manat və ya 18,82% artıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. Martın 1-nə açıqlanan göstərici tarixi maksimumdan 4 610,1 mln. manat və ya 41,37% aşağıdır.

"Report" agentliyinin analitik qrupu hesab edir ki, AMB hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiya edərək (not emissiyası, depozit hərracları) dövriyyədə olan nağd pul kütləsini azaldır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.