Gəncə şəhərində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində” mövzusunda “dəyirmi masa” keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi aqroturizm potensialının mövcud vəziyyətini müzakirə etməkdir.
Tədbirdə bu ali təhsil ocağının turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Rəhman Səfərovun “Azərbaycanda turizmin müasir meyilləri”, turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovun “Azərbaycanda keçirilən məhsul bayramlarının turizmdə istifadəsi yolları”, dosent Məmməd Sadıqovun “Azərbaycanın şimal regionlarında turizmin inkişaf istiqamətləri” mövzularında məruzələri dinlənilib. Həmçinin “Gəncə-Qazax iqtisadi rayonunda aqroturizmin inkişaf perspektivləri”, “Ənənəvi əl sənətlərinin turizmin inkişafında rolu və onların CİS (Coğrafi İnformasiya Sistemləri ) vasitəsilə təbliği”, “Aqroturizmin inkişaf perspektivləri (Yuxarı Qarabağ iqtisadi rayonunun timsalında)” və digər mövzularda müzakirələr aparılıb.
Azərbaycanda davamlı turizmin təmini yollarından biri kimi aqroturizm işinin təşkili və gücləndirilməsi məqsədilə əməli tədbirlərin görülməsinə dair bir sıra maraqlı təkliflər irəli sürülüb.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.