Azərbaycanda aşağı büdcəli aviadaşıyıcı yaradılır

Azərbaycanda aşağı büdcəli aviadaşıyıcı yaradılır
14 Dek 2016 12:17

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BUTA AIRWAYS adlandırılan yeni büdcə aviaşirkəti "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olacaq və AZAL-ın 100 faizlik törəmə şirkəti olacaq.

Aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.

BUTA AIRWAYS aviaşirkətinin özünəməxsus livreyada "Embraer" təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.

Qeyd edək ki, mülki aviasiya biznesi çox mürəkkəb və spesifikdir və hər bir ciddi dəyişiklik vaxt tələb edir. Büdcə aviaşirkətinin fəaliyyət göstərməsində çox nüans var, hazırda bütün aspektlər üzərində fəal iş aparılır. BUTA AIRWAYS aviaşirkətinin uçuşlarının artıq 2017-ci ilin payızında başlayacağı gözlənilir.

Aviabiletlərin qiymətinin aşağı salınması üzrə genişmiqyaslı işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. Bu ilin mart ayından etibarən AZALJET brendi altında 13 populyar istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lou-kosterlərə yaxındır, yəni sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir.

Hazırda AZALJET-in bütün reyslərində baza tarifinin qiyməti bütün vergi və rüsumlar da daxil olmaqla cəmi 49 avro təşkil edir. Bu, Azərbaycana uçuşlar həyata keçirən bütün aviaşirkətlər arasında ən rəqabət qabiliyyətli qiymətlərdən biridir.

Ümid edirik ki, milli lou-kosterin xidmətləri həm vətəndaşlarımızın ürəyincə olacaq, həm də ölkəmizə turist axınını artıracaq.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.