Azərbaycan Universitetinə yeni rektor təyin edilib.
Ali məktəbdən Enter.News-a verilən xəbərə görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib. Səadət Əliyeva uzun illər Universitetdə çalışıb, təcrübəli pedaqoqdur. Yeni rektor artıq kollektivə təqdim olunub.
Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub. Universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, birlik, birləşmə, qoşun qisimləri, əlahiddə bölmə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2021-ci ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının növbəti iclası keçirilib.
“Azəriqaz” İstehsalat Birliyində (İB) yeni vəzifə təyinatı olub.