Azərbaycanda Strateji Yol Xəritəsi hazırlanarkən 5 000 nəfər insanın fikri öyrənilib. "Report" xəbər verir ki, bunu sənədin hazırlanması prosesini əlaqələndirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
V. Qasımlının sözlərinə görə, Strateji Yol xəritələrinin hazırlanmasında 400-dən çox yerli və xarici ekspertlər iştirak ediblər: "Strateji Yol Xəritəsinin hazırlanması üçün 150-dən artıq görüş keçirilib. Biz Səudiyyə Ərəbistanı, Qazaxıstan və başqa ölkələrin təcrübəsinə baxmışıq. Yalnız Azərbaycanda bu qədər insanın mövqeyi soruşulub".
İqtisadçı alim Vüqar Bayramov isə deyib ki, ölkədə pul dövriyyəsinin optimallaşdırılması lazımdır: "Düşünürəm ki, pul dövriyyəsinin məhdudlaşdırılmasından pul dövriyyəsinin optimallaşdırılmasına keçmək lazımdır. Optimal pul dövriyyəsi təkcə manatın məzənnəsi ilə deyil, investisiyalarla da tənzimlənməlidir. Məhdudlaşdırmalar həmçinin investisiyaları da məhdudlaşdırır. Həmçinin, volatillik tənzimlənməlidir. Biznes üçün volatilliyin qısa olması önəmlidir. Bununla yanaşı məzənnə stabilləşməlidir. Bu, biznes mühitinə müsbət təsir göstərə bilər".
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.