Dekabrın 14-də “Caspian European Club” (Сaspian Business Club) çərçivəsində biznes-forum, “Caspian Energy Forum - 2017”nin Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl “Caspian European Club”un sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev klubun yarandığı dövrdən ötən müddətdəki fəaliyyətindən, gələn il martın 15-də keçiriləcək 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku – 2017”nin təşkili və görüləcək işlər barədə məlumat verib.
Sonra rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İKT sahəsinin inkişaf perspektivləri, bu sahədə qəbul edilən mühüm strateji sənədlərin əhəmiyyətindən, həyata keçirilən layihələrdən danışıb.
Tədbirdə nazir müavini E.Vəlizadəyə "Caspian European Club”un fəxri sertifikatı təqdim olunub.