Azərbaycanda Hitlerin dostuna məxsus silahı ələ keçirən şəxsə cəza istənilib

Azərbaycanda Hitlerin dostuna məxsus silahı ələ keçirən şəxsə cəza istənilib
27 2017 17:56

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq soyuq silah satmaqda və dələduzluqda təqsirləndirilən Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək V.Cəlalovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 30-da davam etdiriləcək.

İttihama görə, V.Cəlalov özgənin əmlakını qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Cavid Bağırova məxsus, dəyəri 50 min manat təşkil edən, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, 1936-cı ildə Almaniyada istehsal olunmuş, Adolf Hitlerin dostu, arxitektor və Almaniyanın silahlanma və hərbi naziri olmuş Albert Şpeyerin adına hazırlanan qoşalüləli, qızıl və gümüşlə bəzədilmiş bir ədəd ov tüfəngini satacağını deyərək silahı ondan alıb və qaytarmayıb. Zərərçıkmiş isə buna görə polisə şikayət edib.

Bundan başqa, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vəli Cəlalovdan tarixi əhəmiyyət kəsb edən, satış məqsədilə əldə etdiyi XVII və XVIII əsrə aid, Osmanlı imperiyasında istifadə olunan, qızıl və gümüşlə işlənmiş qılınc götürülüb.

V.Cəlalova qarşı Cinayət Məcəlləsinin 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 178.3.2. (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.