Azərbaycanda 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub

Azərbaycanda 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub
18 2017 13:22

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2016-cı il ərzində də irimiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunub.

Şabran rayonunda 2x16 mVA gücündə “Rəhimli”, Lənkaranda “Lənkaran-1” (2x25 mVA), Şəkidə “Cəfərabad” (2x10 mVA), Ağsuda “Ağsu” (2x16 mVA), Zaqatalada “Bəhmədli” (2x6,3), Goranboyda “Kürəkçay” (2x40 mVA), Qazaxda “Daş Salahlı” (2x10 mVA), Masallıda “Tüklə” (2x16 mVA), Saatlıda “Sarıcalar” (2x25 mVA), Samuxda “Yenikənd” (2x16 mVA) olmaqla, 10 ədəd 110 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz olunub. Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkaran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Astara şəhər və rayonlarında olmaqla, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub.

2016-cı ildə regionlarda:

- 30,7 km 110 kV-luq hava xətləri;
- 59,0 km 35 kV-luq kabel və 308,7 km hava xətləri;
- 338,7 km 6-10 kV-luq kabel və 1810,7 km hava xətləri;
- 420,5 km 0,4 kV-luq kabel və 376,6 km hava xətləri;
- 2640,7 km özünüdaşıyan izolyasiyalı naqillər çəkilib;
- 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb;
- 127 589 ədəd dayaq basdırılıb.

Bundan əlavə, uzunluğu 35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kv-luq hava xətlərində təmir işləri aparılıb.

Görülmüş tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.

İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.