Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi İli elan olunub.
REALPRESS.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Qeyd edək ki, bu il 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.