Azərbaycanda “AA” seriyalı avtomobil nişanlarını kimlər ala bilərlər?

Azərbaycanda “AA” seriyalı avtomobil nişanlarını kimlər ala bilərlər?
04 2017 15:48

“Azərbaycanda “AA” seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsus avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilir”.  

REALPRESS.Az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib.

Kamran Əliyev deyib ki, hazırda “AA” nömrə nişanlı avtomobillər həm özəl, həm də dövlət sektoruna məxsusdur:

“Yəni “AA” seriyası hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Bu, şərti olaraq ona görədir ki, hüquqi və fiziki şəxslərə verilən nəqliyyat vasitələrinə aid dövlət qeydiyyat nişanlarını müəyyənləşdirmək mümkün olsun. 

Burada konkret olaraq A, B, C hərflərinin olması mütləq deyil. Bir çox hərflərlə başlayan seriyalar var ki, onlar da hüquqi şəxslərə məxsusdur. Bu, elə bir ciddi önəm daşımır. Sadəcə belə qəbul olunub ki, “AA”, “AB”, “AC” seriyası hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri, digər hərflərlə başlayanlar isə fiziki şəxslər üçün nəzərdə tutulub”.

Şöbə rəisi, həmçinin bildirib ki, adi vətəndaşlar - fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər:

“Amma istənilən hüquqi şəxsə bu nömrə verilə bilər. Eyni zamanda, dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti avtomobillərinə də “AA” seriyalı nömrə nişanı verilir. Çünki konkret olaraq bu seriyaların hüquqi şəxslərə verilməsi nəzərdə tutulub. Ona görə fiziki şəxs istəsə də, “AA” seriyalı nömrə ala bilməz”.


2 Dek 2024
Cəmiyyət

Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz şəhərində Xaçmaz, Ağdaş, Beyləqan, Füzuli, Quba, Sabirabad, Şəki, Tovuz və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib.

2 Dek 2024
Cəmiyyət

İçərişəhərdə yerləşən bu mənzillər təmir olunacaq

İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.

2 Dek 2024
Cəmiyyət

Bakıda "Kənddən şəhərə" Yeni il yarmarkası keçiriləcək

Dekabrın 21-30-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkası keçiriləcək.

2 Dek 2024
Cəmiyyət

Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib

Bakı metropolitenində stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanılıb.

2 Dek 2024
Cəmiyyət

Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib.