Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib
01 2017 13:00

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

APA-nın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və “Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.

Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98”  markalı benzinin isə 1,20 AZN müəyyənləşib. 

Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

Qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin  və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.  

Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.  


12 Avq 2025
İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 429,9 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul istehsal olunub.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.