Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində Ulu Öndərin xatirəsinə həsr edilən anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin DİA-dakı büstü önünə tər güllər düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində və inkişafındakı misilsiz xidmətlərini xüsusi vurğulayıb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin adının ölkəmizin tarixinə əbədi həkk olunduğu, Ümummilli Liderin xatirəsinin xalqımız tərəfindən həmişə dərin ehtiramla yad edildiyi diqqətə çatdırılıb.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.