Azərbaycan Turizm və Menecment Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Turizm və Menecment Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
09 Dek 2016 10:41

Dekabrın 8-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Eldar Aslanov müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Vurğulanıb ki, 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri dəqiq müəyyənləşdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək qəbul edilib. 1993-2003-cü illər ərzində təhsil və səhiyyə sistemlərində islahatlara başlanılıb, elm, ədəbiyyat və idman səhələrində böyük uğurlar əldə olunub. Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası ilə tarixi inkişaf şansı qazanan və ötən illərdə böyük tərəqqi yolu keçən Azərbaycanda qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan edilib. Təkzibedilməz faktdır ki, Azərbaycanda, eyni zamanda, turizm, eləcə də sahə sənayesinin mərhələli dinamik inkişafı Ümummilli Liderin və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır.

Tədbirdə ATMU-nun dillər kafedrasının müdiri Kəmalə Kərimova, doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsrullah Nəsirli, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, universitetin dosentləri Məhərrəm Zülfüqarlı, İzzət Əfəndiyev, Sədaqət Mustafayeva Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm xidmətlərindən söz açıblar.

Sonda “Dahi şəxsiyyət” filmi nümayiş olunub.


24 Yan 2025
Cəmiyyət

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

24 Yan 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 25.01.2025

Azərbaycan ərazisində yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

24 Yan 2025
Cəmiyyət

"Azeri Light" markalı neft ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,92% azalaraq, 81,23 ABŞ dolları olub.

24 Yan 2025
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.01.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

24 Yan 2025
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 24.01.2025

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.