Azərbaycan “3+2” formatında görüşə razılıq verib

Azərbaycan “3+2” formatında görüşə razılıq verib
18 Noy 2016 08:52

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində  noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

XİN-dən Realpress.Az-a verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrdə ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə etdilər və Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə etdilər.

Nazirlər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nəzər salaraq, bu günlərdə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsi üzrə danışıqların başlanılması üçün Avropa Komissiyasına müvafiq mandatın verilməsi faktını alqışlayaraq, bu qərarın ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin məqsədyönlü və qarşılıqlı maraq əsasında inkişafına yeni təkan verəcəyinə əmin olduqlarını bildirdilər. 

Həmçinin, nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqli və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq etdilər.

Bu xüsusda nazir Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində “3+2” formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib.

Səfər əsnasında nazir Elmar Məmmədyarov, həmçinin Fransanın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə ayrıca görüş keçirib.



13 Yan 2026
Siyasət

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.

13 Yan 2026
Siyasət

İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.

13 Yan 2026
Siyasət

Rövşən Rzayev vətəndaş qəbulunu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 13-də vətəndaşların növbəti qəbulunu keçirib.

13 Yan 2026
Siyasət

Prezident Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

13 Yan 2026
Siyasət

Bu il Ağdərənin Heyvalı kəndində daha 50 ev bərpa ediləcək

Ağdərə rayonunun Heyvalı kəndində il ərzində daha 50 evin bərpası nəzərdə tutulur.