Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin nümayəndələri Orxus şəhərində türk diaspor təşkilatları tərəfindən Çanaqqala zəfərinin 102-ci ildönümü münasibətilə təşkil olunan anım mərasimində iştirak ediblər.
Mərasimdə çıxış edən Orxus Ulku Ocaqlarının sədr müavini Oğuzxan Kekec qonaqları salamlayaraq tədbirin mahiyyətindən danışıb, Çanaqqala zəfərinin yaddaşlarda daim yaşadılmasının vacibliyini vurğulayıb.
Skandinaviya Türk Federasiyasının sədri Ilhan Esen Çanaqqala döyüşündən söz açıb. Bu savaşın böyük insan itkiləri ilə nəticələndiyini qeyd edən sədr bildirib ki, bütün çətinliklərə baxmayaraq, türk əsgərləri bu döyüşdə zəfər qazanıb. Vurğulanıb ki, bu tarixi qələbə möhtəşəm hadisə kimi yaddaşlarda əbədi yaşayacaq.
Daha sonra çıxış edən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Çanaqqala zəfərinin əhəmiyyətindən danışıb, minlərlə azərbaycanlının bu döyüşdə türk qardaşları ilə birgə düşmənə qarşı çiyin-çiyinə mübarizə apardığını, 3 mindən soydaşımızın şəhid olduğunu diqqətə çatdırıb.
Sonda Çanaqqala döyüşü şəhidlərinin ruhuna dualar oxunub.
Tacikistanda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən "Gənclərin yaşıl təşəbbüsləri" ekoloji düşərgəsinin qonağı olublar.
“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində artan rolunda da göstərməkdədir. Bunu təsdiq edən bir çox məqamlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışında öz əksini aydın şəkildə tapmışdır”.