Azərbaycanın Litvadadakı səfiri Həsən Məmmədzadə bu gün Litvanın iqtisadiyyat naziri Mindauqas Sinkyaviçüs ilə görüşüb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasındakı mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Səfir H.Məmmədzadə cari ilin 6-8 aprel tarixlərində Bakıda keçiriləcək 16-cı “Beynəlxalq Azərbaycan Turizm və Səyahət” sərgisində Litva turizm şirkətlərinin iştirakı ilə bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən onun adına ünvanlanmış dəvət məktubunu təqdim edib.
Sonra səfir iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edərək, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, eləcə də Litva Seymində və Azərbaycan Milli Məclisində Parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini qeyd edib. Diplomat Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verərək Litva şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib.
Nazir M.Sinkyaviçüs Litva və Azərbaycan biznes dairələri arasında əməkdaşlıq münasibətlərinin inkişafına maraq ifadə edib və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyə Hava Yollarında (Turkish Airlines) Rusiya kartları ilə bileti ödəmək yenidən mümkün olub.
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 3-də başa çatıb.