Azərbaycan və İran gömrük orqanları arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Azərbaycan və İran gömrük orqanları arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib
14 Dek 2016 17:35

Azərbaycan və İran gömrük orqanları qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar aparıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, danışıqlar Azərbaycan Respublikasının Astara şəhərində İran İslam Respublikası və Azərbaycan Respublikası gömrük orqanlarının nümayəndələri arasında növbəti görüş zamanı aparılıb.

Görüş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təşkil olunub.

Görüşdə Azərbaycan tərəfdən Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov və İran tərəfdən Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidiyin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açaraq İran və Azərbaycan gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini bildiriblər.

Görüşdə iki idarə arasında qarşılıqlı maraq doğuran bəzi məsələlərin həllinə aydınlıq gətirilib, eyni zamanda, dəmiryol layihəsinin icra prosesi barədə ətraflı danışıqlar aparılıb.

Daha sonra hər iki tərəfin nümayəndələri birlikdə əraziyə baxış keçiriblər.

Xatırladaq ki, tərəflər arasında sonuncu belə görüş sentyabrın 25-də İran İslam Respublikasının Astara şəhərində keçirilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.