Belarus Azərbaycandan gələn avtonəqliyyat vasitələrinin keçidinə icazənamələrin sayını 2017-ci ildə 800-dən 1200-dək artırıb.
Bu barədə Trend BELTA-ya istinadən məlumat verir.
Nəqliyyat və Kommunikasiya Nazirliyinin müvafiq qərarı 2016-cı il dekabrın 14-dən rəsmi portalda dərc olunub.
Bu icazənamələr 45 ölkənin daşıyıcılarına veriləcək. Gələn il Türkiyə daşıyıcıları isə 3 min icazənamə ala bilər.
Qərar 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.