Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi səfir Markos Qalvaoya təqdim edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, M.Qalvao E.Poluxova yeni vəzifəsində uğurlar arzulayaraq, onun ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.
Söhbət zamanı ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Milli Məclis Azərbaycanla Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişini təsdiq edəcək.