Azərbaycanın İtaliyadakı səfiri Kataniya şəhərinin televiziya kanalına müsahibə verib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Kataniya şəhərində səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə yerli “Globus Television” televiziya kanalının “Üz-üzə” verilişinin qonağı olub.
Jurnalist Antonella Qulyelminonun aparıcılıq etdiyi verilişdə M.Əhmədzadə Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin reallıqları, Azərbaycanın inkişaf strategiyası, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar, habelə Azərbaycan-İtaliya əməkdaşlığı və Siciliya regionu ilə iqtisadi-mədəni əlaqələrin inkişafı imkanları mövzularında sualları cavablandırıb.
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.
2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.