Azərbaycan region üçün mühüm strateji ölkədir - ABŞ-ın nəqliyyat komandanı

Azərbaycan region üçün mühüm strateji ölkədir - ABŞ-ın nəqliyyat komandanı
17 Dek 2016 10:30

Azərbaycan region üçün mühüm strateji ölkədir.

Trend-in məlumatına görə, bunu dekabrın 17-də jurnalistlərə ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyun deyib.

General bildirib: “Bu, mənim Azərbaycana birinci səfərimdir və mən sizin etdikləriniz üçün minnətdarlıq bildirirəm. Azərbaycan Prezidenti İlham Əliyev mükəmməl liderdir, mən onunla görüşüm üçün də minnətdaram. Biz Azərbaycan Prezidenti və müdafiə naziri ilə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə etdik”.

D. MakDyun dünyanın Azərbaycan kimi ölkələrə ehtiyacı olduğunu deyib.

ABŞ generalı deyib: “Azərbaycan Prezidentinin nəqliyyat sisteminin inkişafı üçün gördüyü işlər həm Azərbaycan, həm də bütün dünya iqtisadiyyatı üçün çox vacibdir".

Nəqliyyat komandanı ABŞ-ın Azərbaycan hərbçiləri üçün treninqlər keçirdiyini də qeyd edib: “Müstəqilliyin 25 ili ərzində Azərbaycan güclü tərəfdaşa çevrilib”.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.