Azərbaycan prezidenti Serbiyanın yeni prezidentini təbrik edib

Azərbaycan prezidenti Serbiyanın yeni prezidentini təbrik edib
05 2017 17:00

Azərbaycan prezidenti İlham ƏliyevAleksandr Vuçiçi prezident seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Serbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. Ötən dövr ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələr genişlənmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizinlə görüşlərimizi və apardığımız fikir mübadilələrini xoş təəssüratlarla xatırlayıram. Yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Sizi münasib bildiyiniz vaxtda Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.


10 Dek 2024
Siyasət

Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək.

10 Dek 2024
Siyasət

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

10 Dek 2024
Siyasət

Ceyhun Bayramov ATƏT-in yeni Baş katibi ilə telefon danışığı aparıb

Xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in yeni təyin olunmuş Baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.

10 Dek 2024
Siyasət

Pərviz Şahbazov Energetika Nazirliyində vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov dekabrın 9-da Nazirlikdə vətəndaşları qəbul edib.

10 Dek 2024
Siyasət

Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub

Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.