Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yanvarın 25-də qurumun sədri Pedro Aqramunt ilə görüşüb.
Görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova da görüşdə iştirak edib.
Nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov bildirib ki, belə görüşlərin keçirilməsi Azərbaycan ilə AŞPA arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verir. “Çünki bizim bu qurumla əlaqələrimizə xələl gətirmək istəyən qüvvələr var. Bu qüvvələr həm təşkilatın daxilində, həm də xaricində aktiv fəaliyyət göstərirlər. Bununla belə, Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə güclənir, qurumla əlaqələrimiz daha da genişlənir”,- deyə Səməd Seyidov vurğulayıb.
Bildirilib ki, Azərbaycanın AŞPA-da mövqeyinin güclənməsi nümayəndə heyətimizin fəal işi ilə yanaşı, ölkəmizdə demokratiyanın gücləndirilməsi istiqamətində görülən işlərin qurum tərəfindən obyektiv dəyərləndirilməsi ilə də bağlıdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Pedro Aqramunta qış sessiyasının açılışında ölkəmizlə bağlı söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.