Azərbaycan nümayəndə heyəti İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib

Azərbaycan nümayəndə heyəti İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib
12 2017 12:05

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 11-də Tehranda İran İslam Respublikasının sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib.

Mərasimlərdə iştirak etdikdən sonra Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb və Azərbaycan dövlətinin başsağlığını çatdırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Ziyafət Əsgərov İran İslam Şurası Məclisi (parlamenti) sədrinin birinci müavini Məsud Pezeşkian ilə görüşüb və Azərbaycan dövlətinin başsağlığını çatdırıb. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Nümayəndə heyətinə Milli Məclisin deputatları, o cümlədən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri daxildir.


10 Avq 2026
Siyasət

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

10 Avq 2026
Siyasət

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

10 Avq 2026
Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.

10 Avq 2026
Siyasət

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

10 Avq 2026
Siyasət

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.