Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan nevroloqlarının Milli Assosiasiyasının VI konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, 500-ə yaxın nevroloq, neyrocərrah, kardioloq, radioloq və digər ixtisaslı həkimlərin iştirak etdiyi konfransda dinləniləcək məruzələr “Milli Nevrologiya” jurnalında toplu şəklində dərc edilib və iştirakçılara paylanılıb.
Konfransı giriş sözü ilə açan Milli Nevrologiya Assosiasiyasının prezidenti, professor Rəna Şirəliyeva 2007-ci ilin dekabrında keçirilən I konqresdən sonra təbabətin bu sahəsində baş verən yeniliklər və əldə edilən uğurlar barədə qısa məlumat verib. Sonra R.Şirəliyeva “Dağınıq sklerozun diaqnostikasında çətinliklər və səhvlər” məruzəsi ilə çıxış edib.
İki gün davam edəcək konfransda nevrologiya, neyrocərrahiyyə və neyroradiologiyanın ən aktual problemlərinə həsr olunmuş məruzələr dinləniləcək, beyin qan dövranının kəskin pozulmaları, epilepsiya, mərkəzi sinir sisteminin demielinizasiyası xəstəlikləri, hərəkət pozulmaları, nevrologiyada təxirəsalınmaz hallar, uşaq nevrologiyası və s. bölmələr üzrə işini davam etdirəcəkdir.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.