Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,03 dollar bahalaşaraq 53,78 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar artaraq 56,24 dollar olub.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,86 dollar bahalaşaraq 56,91 dollar təşkil edib.
Azərbaycanda xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq.
Azərbaycan neftinin qiyməti 4 faizə qədər artıb.