Dekabrın 14-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Multikultural dəyərlər və dadlar” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim ölkəmizdə “Multikulturalizm ili”nin başa çatması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və ATMU-nun nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının beşilliyi münasibətilə təşkil olunub.
Tədbiri multikulturalizm dəyərlərimizin təbliği istiqamətində atılan addım kimi dəyərləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev multikulturalizmin dinindən, irqindən asılı olmayaraq fərqli düşüncələrə, inanclara sahib müxtəlif mədəniyyətlərin bir yerdə, eyni dövlətdə sülh şəraitində yaşaması demək olduğunu vurğulayıb. Azərbaycan multikulturalizminin dünya modelləri arasında xüsusi yer tutduğunu söyləyən nazir ölkəmizdə multikulturalizmin siyasi, mədəni, ədəbi qaynaqlarının çox zəngin olduğunu bildirib.
Tədbirdə müxtəlif xalqların tələbələr tərəfindən hazırlanan milli yeməkləri iştirakçılara təqdim edilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.