Azərbaycan millisi Bakıda Almaniya yığmasına böyük hesabla uduzub - YENİLƏNİB-4

Azərbaycan millisi Bakıda Almaniya yığmasına böyük hesabla uduzub - YENİLƏNİB-4
26 2017 22:05

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, C qrupunda V tur matçında rəqib Almaniya yığması olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisindən yeganə qolu 31-ci dəqiqədə Əfran İsmayılovun ötürməsindən sonra Dmitri Nazarov vurub. Almaniya yığmasının heyətində isə 19-cu və 81-ci dəqiqədə Andre Şürrle, 36-cı dəqiqədə Tomas Müller, 45-ci dəqiqədə Mario Qomes fərqlənib.

Bununla da xallarını 15-ə çatdıran Bundestim qrupda itkisiz liderliyini davam etdirib. 7 xala malik Azərbaycan yığması isə 4-cü pilləyə enib. Buna qrupun paralel keçən görüşündə Çexiyanın səfərdə San-Marinonu 6:0 hesabı ilə darmadağın edərək, xallarını 8-ə çatdırması və 7 xalı olan Şimali İrlandiyanı 3-cü pilləyə endirməsi səbəb olub.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

C qrupu

26 mart

20:00 Azərbaycan - Almaniya - 1:4

Qollar: Dmitri Nazarov, 31 - Andre Şürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomes, 45

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Riccardo Di Fiore, Marko Guida (hakimlər briqadası İtaliyadandır)

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

***21:50

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabı açıb.

"Report" xəbər verir ki, Andre Şürrle 81-ci dəqiqədə komandasının 4-cü, özünün isə matçda 2-ci  qolunu vurub.

***20:50

Azərbaycan və Almaniya yığmaları arasındakı 2018-ci il dünya çempionatının seçmə qrup matçının ilk yarısı başa çatıb. 

"Report"un məlumatına görə, qonaqlar fasiləyə 3:1 hesablı üstünlüklə çıxıblar.

Qeyd edək ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir. 


***20:46

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabda irəli çıxıb.

Mario Qomes 45-ci dəqiqədə topu Azərbaycan yığmasının qapısından keçirib: Azərbaycan – Almaniya - 1:3.



***20:36

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabda irəli çıxıb.

"Report" xəbər verir ki, Tomas Müller 36-cı dəqiqədə topu Azərbaycan yığmasının qapısından keçirib: Azərbaycan – Almaniya - 1:2. 

Hazırda birinci hissə davam edir.



***20:31

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda hesab  bərabərləşib.

"Report" xəbər verir ki, Dmitri Nazarov hesabı bərabərləşdirib. Azərbaycan – Almaniya - 1:1

O, milli komandamızda 6-cı qolunu vurub. 

***20:21

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda hesab açılıb.

"Report" xəbər verir ki, Almaniya yığmasının oyunçusu Sürrie 19-cu dəqiqədə komandasını hesabda irəli çıxarıb:- Azərbaycan – Almaniya - 0:1



***20:01

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununa başlayıb.

“Report”un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektivlə Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması arasında oyuna start verilib.

Matçı italiyalı baş hakim Daniele Orsato idarə edir. Ona həmyerliləri Mauro Tonolini, Rikkardo Di Fiore və Marko Guida kömək edirlər.

Qeyd edək ki, hesabında 7 xal olan Azərbaycan millisi "C" qrupunda üçüncü pillədə qərarlaşıb. Almaniya 12 xalla birinci, Şimali İrlandiya 7 xalla ikinci pillədə yer alır. Çexiya (5 xal) dördüncü, Norveç (3 xal) beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu yeri tuturlar.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.