Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) bu il Azərbaycanda ÜDM-in 1,1% azalacağını proqnozlaşdırır. Bu barədə bankın açıqladığı "Asian Development Outlook 2017" adlı hesabatında deyilir.Ötən il dərc olunan hesabatda ADB 2017-ci ildə Azərbaycanda 1%-lik artım proqnozlaşdırıb.Bununla yanaşı, "Asian Development Outlook 2017"-də qeyd edilib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,2% böyüyəcək.Bankın proqnozlarına əsasən, 2017-ci ildə Azərbaycanda inflyasiya 9% (bundan əvvəl proqnoz 5,2% üzərində qurulub), 2018-ci ildə isə 8% təşkil edəcək.ADB 2017-ci ildə Azərbaycanın tədiyə balansının profisitinin ÜDM-in 5,9%-nə (bundan əvvəl proqnoz 1,5% olub), 2018-ci ildə isə 11,4%-nə bərabər olacağını proqnozlaşdırır.Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-in 1% artacağını, orta illik inflyasiyanın 7,3% təşkil edəcəyini proqnozlaşdırır.Qeyd edək ki, 2016-cı ildə Azərbaycanın ÜDM-i 3,8% azalıb, inflyasiya 12,4% təşkil edib.
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.
2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.
2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.