Azərbaycan ilə Peru arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Peru arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
10 2017 11:50

Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov bu ölkənin Konqresinin yeni seçilmiş sədri Luz Salqado Rubianes ilə görüşüb. M.Mammadov Konqres sədrini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın Perudakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, M.Məmmədov Konqres sədrinə ölkəmizin tarixi, yerləşdiyi region, respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar və beynəlxalq münasibətləri haqqında ətraflı məlumat verib. Görüşdə, həmçinin Azərbaycan ilə Peru arasında siyasi, təhsil, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Konqres sədri Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirib, Peru Hökumətinin də yaxın zamanlarda Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətində olduğunu qeyd edib, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsindən bəhs edib.

Xatırladaq ki, 2013-cü il iyunun 10-da Peru Konqresində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırımı kimi qiymətləndirilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.