Azərbaycan ilə İran arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə İran arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
26 2017 11:56

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydin İsmiyevlə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Mədəni İrs və Turizm Təşkilatının rəhbəri Cəlil Cabbari arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə İran arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Turizm sahəsi üzrə əməkdaşlığın inkişafından, zəruri hüquqi bazanın mütəmadi olaraq zənginləşdirilməsindən və qarşılıqlı turist axınının artımından danışan Aydın İsmiyev iki qonşu ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə turist axınının intensivləşdirildiyini bildirib. O, ötən il İrandan Azərbaycana gələn turistlərin sayının əvvəlki iki ilə nisbətən əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Ölkəmizdə turizmin inkişafına dair həyata keçirilən islahatlardan danışan A.İsmiyev Azərbaycan ilə İran arasında turist mübadiləsinin daha da artırılması məqsədilə iki ölkə arasında sərhəd məntəqələrində sadələşdirilmiş keçidin təmin olunmasına dair ölkə rəhbərliyi tərəfindən planlaşdırılan işlər barədə məlumat verib.

Hər iki ölkədə ənənəvi bayram hesab olunan Novruz bayramı zamanı İrandan Azərbaycana gələn turist sayının yüksək olacağını qeyd edən görüş iştirakçıları bu il sözügedən bayram çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Turizm şöbəsinin müdiri bu il sayının daha da artacağı gözlənilən iranlı turistlərin ölkəmizdə keçirilməsi nəzərdə tutulan tədbirlərdə, o cümlədən “shopping festival”da iştiraka dəvət edib və Novruz bayramından əvvəl ölkəmizlə tanışlıq məqsədilə infoturun təşkil olunmasına dair qarşılıqlı maraq ifadə olunub.

Turizm agentlikləri arasında əlaqələrin qurulması, Azərbaycan regionlarının və İranın Qərbi Azərbaycan vilayətinin mədəniyyət sərvətləri və turizm potensialı ilə tanışlıq məqsədilə qarşılıqlı infoturların təşkili məsələsi barədə danışılıb.

Aydın İsmiyev turizmin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi zərurətini diqqətə çatdıraraq, Azərbaycan və İranın müxtəlif regionlarını ziyarət etməklə dəmiryolu, Xəzər dənizi vasitəsilə suyolu və tibbi turizm üzrə əməkdaşlıqda ölkəmizin maraqlı olduğunu bildirib.

Sonda A.İsmiyev İranı cari ilin aprelin 6-8-də Bakı şəhərində təşkil olunacaq “AİTF-2017” Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştiraka dəvət edib.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.