Dekabrın 14-də Braziliya Xarici Əlaqələr Nazirliyinin binasında “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, sənədi Azərbaycan Respublikası Hökuməti adından ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov və Braziliya Federativ Respublikası Hökuməti adından bu ölkənin xarici işlər naziri vəzifəsini icra edən Markos Qalvao imzalayıblar.
Anlaşma Memorandumu iki ölkə arasında enerji, infrastruktur, kənd təsərrüfatı, innovasiya və turizm sahələrində əməkdaşlığı, həmçinin birgə işçi qrupun yaradılmasını nəzərdə tutur.
Rusiyanın Tula vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda səfərdədir. Tula vilayətində istehsal edilən məhsulların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalanması gözlənilir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.