Azərbaycan ilə Avropa Şurası arasında məhkəmə-hüquq sahəsində səmərəli əməkdaşlıq yüksək qiymətləndirilib

Azərbaycan ilə Avropa Şurası arasında məhkəmə-hüquq sahəsində səmərəli əməkdaşlıq yüksək qiymətləndirilib
14 2017 10:31

Yanvarın 13-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Predanın və Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara məlumat verib. Bildirib ki, ölkəmizdə beynəlxalq hüquqi aktların, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının tətbiqinə, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə və tətbiqinə xüsusi əhəmiyyət verilir. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər, Ali Məhkəmədə daimi fəaliyyət göstərən həftəlik xüsusi seminarlar, Ali Məhkəmənin hakimləri və aparat işçilərinin təşkilatçılığı və iştirakı ilə Bakıda və regionlarda seminarlar keçirilir. O cümlədən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələrin, regionlarda yeni apellyasiya, inzibati-iqtisadi, ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması, hakimlərin ştat sayının iki dəfə artırılması, məhkəmə aparatlarının strukturunun təkmilləşdirilməsi diqqətə çatdırıb. R.Rzayev məhkəmə infrastrukturunun müasirləşdirilməsi məqsədilə məhkəmələr üçün yeni, müasir binaların istifadəyə verilməsini, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasını, ədalət mühakiməsinin təkmilləşdirilməsi məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və bunun nəticəsi olaraq Ali Məhkəmənin Plenumu tərəfindən müvafiq qərarların qəbul edilməsini vurğulayıb.

AŞPA-nın Monitorinq Komitəsinin üzvləri Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib, Ali Məhkəmənin Plenumunun qəbul etdiyi müxtəlif qərarların məhkəmə təcrübəsinin təkmilləşdirilməsində əhəmiyyətini yüksək dəyərləndiriblər. Qonaqlar Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu münasibətlərin bundan sonra da davam etdiriləcəyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.