Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür.
Trend-in məlumatına görə, Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.
Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.