Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində finala yüksəlib

Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində finala yüksəlib
11 2017 15:42

Azərbaycan cüdoçusu Rüfət İsmayılov Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib. "Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən 21 yaşlı idmançı yarımfinalda yaponiyalı Kenya Koharanı 32 saniyəyə üstələməyi bacarıb.

Finalda İsmayılov iranlı Səid Mollayi ilə qarşılaşacaq. Bu, iki gündür davam edən Böyük Dəbilqədə hələlik Azərbaycan idmançılarının ilk finalı olacaq.

Digər cüdoçulardan Rüstəm Orucovla Hidayət Heydərov (hər ikisi 73 kq), eləcə də qadınların mübarizəsində Nuriyyə Axundova, Gülsədəf Kərimova, Xanım Hüseynova (hamısı 63 kq) və Validə Mirzəzadə (70 kq) bürünc medal görüşünə çıxacaqlar. Orucov Laşa Şavdatuaşvili (Gürcüstan) ilə, Heydərov Mikloş Unqvari (Macarıstan) ilə qarşılaşacaq.

Hüseynovanın rəqibi Kərimova olacaq ki, görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycanın aktivinə növbəti medal yazılacaq. Axundova Büsra Katipoğlu (Türkiyə) ilə qarşılaşacaq. Mirzəzadə isə Aleksandra Samarciçlə (Bosniya və Herseqovina) ilə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (60 kq) bürünc medal qazanıb.


1 İyun 2023
İdman

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

31 May 2023
İdman

Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib

Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.

31 May 2023
İdman

Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçirilib.

26 May 2023
İdman

Boksçumuz Polşada bürünc medal qazandı

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin görüşləri keçirilib.

26 May 2023
İdman

Azərbaycanın daha üç cüdoçusu Avstriyada mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.