Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
03 2017 11:03

Azərbaycanda korrupsiyaya qarşı Prezident İlham Əliyevin siyasi iradəsi ilə sərt mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim iştirak edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 27-28-də Qətərin paytaxtı Dohada Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə qurumun vitse-prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.

İclasda mühüm təşkilati məsələlər, xüsusilə Assosiasiyanın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun gələcək fəaliyyəti və bu barədə IAACA-nın bütün üzvlərinə tövsiyələrin hazırlanması, beynəlxalq əlaqələrinin gücləndirilməsi müzakirə olunub, təşkilatın yeni baş katibinin seçilməsi məsələsinə baxılıb.

Müzakirələr zamanı F.Məmmədov çıxışlar edərək Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri barədə məlumat verib, ölkəmiz tərəfindən aparılan beynəlxalq antikorrupsiya internet şəbəkəsinin bu qlobal bəla ilə mübarizəyə mühüm töhfə verdiyini bildirib. Habelə təşkilatın inkişafına və antikorrupsiya əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təkliflər irəli sürülüb.

İclas çərçivəsində Assosiasiyanın prezidenti, Qətərin baş prokuroru doktor Ali Al Marri ilə keçirilmiş ikitərəfli görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, bu əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolu qeyd olunmaqla, həmin tarixlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qətərə rəsmi səfərinin və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı ədliyyə və prokurorluq sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə, korrupsiyaya qarşı qlobal mübarizəyə və əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbir çərçivəsində bir sıra digər dövlətlərin hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilərək antikorrupsiya sahəsində birgə fəaliyyətə dair faydalı danışıqlar aparılıb.

Keçirilən görüşlərdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, xüsusilə Xocalı soyqırımının acı həqiqətləri həmsöhbətlərin diqqətinə çatdırılıb.


19 Mar 2025
Cəmiyyət

İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5 332-dən 5 402-yə çatdırılıb. 

19 Mar 2025
Cəmiyyət

Adil Kərimli vətəndaş qəbulu keçirib

Azərbaycan mədəniyyət naziri Adil Kərimli martın 19-da bir qrup vətəndaşın müraciətlərini dinləyib.

19 Mar 2025
Cəmiyyət

AQTA sədri vətəndaş qəbulu keçirəcək

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 3-ü saat 14:00-da vətəndaş qəbulu keçirəcək.

19 Mar 2025
Cəmiyyət

Bayram tətilindən sonrakı ilk dərs günü açıqlandı

Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı açıqlanıb.

19 Mar 2025
Cəmiyyət

Dini Komitənin sədri Abşeronda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 19-da Abşeron rayonunda vətəndaşları qəbul edib.