Azərbaycan atəşfəşanlığı yenə də ispanlara etibar etdi

Azərbaycan atəşfəşanlığı yenə də ispanlara etibar etdi
07 2017 11:56

Bu ilin may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində bu dəfə də atəşfəşanlığa İspaniyanın “Ricasa” şirkəti cavabdeh olacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə “El Mundo”ya istinadən haqqin.az məlumat yayıb. 

İki il bundan öncə Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində olduğu kimi, Azərbaycan bu dəfə də rəngarəng şounu Valensiyadan olan şirkətə etibar edib. 

Avropa Oyunlarından başqa, “Ricasa” Sidneydə Olimpiada-2000, 2014-cü ildə Soçidə Qış Oyunlarında, eləcə də Sinqapurda “Formula-1” Qran-Pridə və bir çox digər yarışlarda atəşfəşanlıq təşkil edib.  

İspan şirkəti asiyalı rəqiblərindən fərqli olaraq Olokauda yerləşən zavodda daha az tüstülü, ekoloji cəhətdən daha az ziyanlı pirotexnika istehsal etmələri ilə fəxr edir.

Avropa Oyunlarının açılış mərasimində “Ricasa” 12 min fişəng partladıb. 

“Fişənglərimizin belə tədbirdə istifadə eidlməsindən qürur duyuruq”, - şirkətin direktoru Rikardo Kabalyer bəyan edib. 


7 Fev 2025
Dünya

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.

7 Fev 2025
Dünya

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey dənizi sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

7 Fev 2025
Dünya

Türkiyədən Suriyaya müdafiə yardımı: Fəaliyyət planı hazırlanır

Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.

6 Fev 2025
Dünya

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” qırıcısı planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

6 Fev 2025
Dünya

Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı

Rusiya və Ukrayna arasında "150-150" qaydası əsasında əsir mübadiləsi baş tutub.