Azərbaycan aqrar məhsulların idxalını 17% azaldıb

Azərbaycan aqrar məhsulların idxalını 17% azaldıb
06 2017 13:54

Bu ilin ilk üç ayında aqrar məhsulların idxalı 17% azalıb. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Gömrük Xidmətinin rəsmiləri ilə meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiya ərazisinə keçirilməsi məsələləri ilə bağlı Bakıda keçirilən danışıqlarda deyib.

A.Əliyev, həmçinin ixracın artıdığını deyib: "Ötən ilə nisbətən bu il ixrac 73% artıb. Məhsullarımız təkcə Rusiya deyil, Ukrayna və Qazaxıstana ixrac edilir".

Komitə sədri Azərbaycan fındığının isə daha uzaq ölkələrə göndərildiyini deyib: "Azərbaycanda quru meyvələrin hazırlanması üçün avadanlığın alınmasına 150 mln. manat güzəştli kredit verilib. Ölkədən ixrac edilən bütün məhsullar yoxlanır. Yalnız ötən ilin əvvəlində 300 kq-a qədər Türkiyə pomidoru Rusiya ilə sərhəddə saxlanılıb".


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.