Prezident İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən görkəmli dövlət xadimi və alim Əziz Məmmədkərim oğlu Əliyevin 120 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri yanvarın 10-da Azərbaycan Tibb Universitetində (ATU) keçirilib.
Tədbirdə çıxış edənlər - ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, akademik Adilə Namazova və başqaları görkəmli dövlət və elm xadiminin tarixi xidmətləri barədə məlumat veriblər. Qeyd edilib ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışarkən özünü təcrübəli dövlət xadimi və səhiyyə sahəsinin bacarıqlı təşkilatçısı kimi göstərib. Belə ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi 1942-1948-cı illərdə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsində çalışan bu görkəmli alimin adı ilə sıx bağlıdır.
Əziz Əliyev 1935-1938-ci illərdə Azərbaycan Tibb İnstitutuna rəhbərlik edib, Azərbaycan SSR xalq səhiyyə komissarı, 1951-1959-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
Böyük Vətən müharibəsi iştirakçılarının istər Bakıda, istərsə də regionlarda yardıma ehtiyacı olduğu dövrdə Əziz Əliyev müharibə əlillərinin müalicəsi və tibbi bərpası məsələlərinə həsr edilmiş səyyar elmi konfranslar keçirirdi. 1952-ci ildə Bakıda Zaqafqaziya və Şimali Qafqaz respublikalarının travmatoloq və ortopedlərinin elmi-praktiki konfransının təşkil edilməsində Əziz Əliyevin böyük xidmətləri olub.
Natiqlər daha sonra qeyd ediblər ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tarixi ən şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. 1962-ci ildə Əziz Məmmədkərim oğlu Əliyevin xatirəsinə ehtiram və onun xidmətlərinə dərin minnətdarlıq əlaməti olaraq bu instituta onun adı verilib.
Tədbirdə Əziz Əliyevin mənalı ömrü yolu və çoxşaxəli siyasi fəaliyyəti barədə fotoslayd nümayiş etdirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.