Dünya Taekvando Federasiyası (DTF) 2016-cı ilə yekun vurub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Bakıda keçirilən tədbirdə DTF-nin prezidenti Çunqvon Çu, müxtəlif ölkələrin taekvando federasiyalarının prezidentləri, Azərbaycan Taekvando Federasiyasının prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər qonaqlar iştirak ediblər.
Dünya Taekvando Federasiyasının rəhbəri Çunqvon Çu Azərbaycan Taekvando Federasiyasının prezidenti, DTF-nin vitse-prezidenti Kamaləddin Heydərova xüsusi mükafat təqdim edib.
Sonra DTF bu idman növü üzrə ilin “ən yaxşıları”nın adlarını elan edib. Dünyanın ən yaxşılarının siyahısında həm Azərbaycan Taekvando Federasiyası, həm də kişilərdən ibarət yığmamızın baş məşqçisi Reza Mehmandost var.
"Hər bir idmançımızın çempionluqda böyük əziyyəti var, kuboku bütün komandanın hesabına qazandıq".
Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.