2017 Azərbaycan Qran Prisində 1200 marşal iştirak edəcək. 75 nəfəri Bəhreyndən, qalanları isə digər ölkələrdən olmaqla, ümumilikdə 150-170 marşal yarış üçün Bakıya gələcək.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.
O bildirib ki, marşal proqramına qeydiyyat prosesinə ötən ilin dekabrın 5-də başlanılıb və bu proses fevralın 1-dək davam edəcək: “İndiyədək 1500-ə yaxın namizəd qeydiyyatdan keçib. Bununla yanaşı, paralel olaraq müsahibə prosesi də aparılır. Marşalların təliminə mart ayında start veriləcək və bunun üçün Bakıda unikal təlim mərkəzi fəaliyyətə başlayacaq”.
N.Arpadarai ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdiriləcəyini söyləyib. Onun sözlərinə görə, indiyədək 6 minə yaxın şəxs könüllü olmaq üçün qeydiyyatdan keçib.
O qeyd edib ki, könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 1 iyun 2017-ci il tarixinə qədər 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli olmalı və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar: “Könüllülərin şəxsi inkişafını təmin etmək məqsədilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində akademiya fəaliyyət göstərəcək və 2 fevral tarixində bu akademiyanın rəsmi açılışı olacaq. Akademiyada müsahibə mərhələsindən uğurla keçmiş könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər ilə yanaşı, xarici dil üzrə danışıq klubları təşkil olunacaq”.
Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 11 iyun 2023-cü il tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.