Azərbaycan Prezidentinin tapşırığına əsasən fevralın 15-dən mayın 15-dək əhali növbəti pulsuz tibbi müayinədən keçiriləcək

Azərbaycan Prezidentinin tapşırığına əsasən fevralın 15-dən mayın 15-dək əhali növbəti pulsuz tibbi müayinədən keçiriləcək
13 2017 13:50

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir. Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.

AZƏRTAC xəbər verir ki, növbəti tibbi müayinə 2017-ci il fevralın 15-dən mayın 15-dək ölkənin bütün yaşayış məntəqələri üzrə tibb müəssisələrində keçiriləcək.

Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirəcək, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görüləcək.


18 Yan 2025
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

18 Yan 2025
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

17 Yan 2025
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağalıda əhali üçün səyyar müayinələr keçirib

Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.

17 Yan 2025
Cəmiyyət

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

17 Yan 2025
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.